Rusiya Federasiyası Rəyasət Heyətinin Mətbuat və İnformasiya İdarəsi Putinin səhhəti ilə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, müharibənin ilk günündən Putinin səhhəti ilə bağlı onlarla iddia irəli sürülüb.
Rusiya lideri ilə bağlı sonuncu iddia onun pilləkənlərdən yıxılması olub. Kremldəki mənbələrə əsaslanan iddiaya görə, müayinədən sonra koksiks və yumşaq toxumalarda qançır diaqnozu qoyulub.
Rusiya Federasiyası Rəyasət Heyətinin Mətbuat və İnformasiya İdarəsi hadisə ilə bağlı verilən suala belə cavab verib:
“Bu məsələ ilə bağlı sadəcə onu deyə bilərik ki, bu, tamamilə yanlışdır”.