İran lideri Xamneyiyə bacısından SƏRT REAKSİYA

13:06 - 08 Dekabr 2022

İran lideri Xamneyiyə bacısından SƏRT REAKSİYA

İranın ali dini lideri Əli Xamneyinin bacısı Bedri Hüseyni Xamneyi onu sərt şəkildə tənqid edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bedri Hüseyni ictimaiyyətə yazdığı açıq məktubu oğlu Mahmud Muradhaninin Twitter hesabında paylaşıb.

O, 1979-cu ildəki inqilabın ilk günlərindən bəri həyat yoldaşı Ayətullah Əli Tehrani ilə birlikdə rejimin tətbiqlərini tənqid etməkdən əl çəkmədiklərini ifadə edib:

“Bildirim ki, qardaşım Xamneyinin etdiyi şeylərdən çox uzağam. Xomeynidən tutmuş despotik Xamneyi dövrünə qədər bütün İran rejiminin qətllərinə görə ağlayan anaların acısını paylaşıram. Uşağı itirmək və ya ondan uzaq qalmaq hər bir ana üçün ağrılıdır. Son 40 ildə bir çox analar bu ağrıdan əziyyət çəkib. Mən bir humanitar borc olaraq illər əvvəl cəmiyyətin ədalətli tələblərini qardaşım Əli Xamneyiyə çatdırmışam. Amma onun qulaq asmadığını, insanları öldürməyə çalışaraq Xomeyninin yolunu tutduğunu görəndə onunla əlaqəmi kəsdim. Çox gec olmadan İnqilab Keşikçiləri Ordusu və Əli Xamneyinin muzdluları silahlarını yerə qoymalı və xalqa qoşulmalıdırlar. Narahatlığıma görə olmalı olduğum etirazlarda iştirak edə bilmərəm, amma qəlbimlə, ruhumla İran xalqının yanındayam. Qardaşım Xamneyi xalqın səsini eşitmir. Ətrafındakı muzdlularla parazitlərin səsini xalqın səsi hesab edir”.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az