Son bir həftədə Ukraynada 5 azərbaycanlı həlak oldu - VİDEO

14:13 - 08 Dekabr 2022

Son bir həftədə Ukraynada 5 azərbaycanlı həlak oldu - VİDEO

Ukraynada müharibə davam edir.

 

Manset.az xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Baxmutda ölüm-dirim mübarizəsi davam edir.

“Ukraynalılar şəhəri əldən vermirlər. Rusiya ordusunun isə əksər hərbi hissələrini həmin istiqamətdə topladığı bildirilir”, - deyə jurnalist qeyd edib.

Məlumata görə, Rusiya ordusunun son bir həftədə Ukraynaya atdığı kütləvi uzaqmənzilli raket zərbələri nəticəsində 500-ə qədər mülki ukraynalı həlak olub.

“Son bir həftədə Donetsk və Xerson istiqamətində 5 mülki azərbaycanlı da həlak olub”, - deyə o əlavə edib.

O da bildirilib ki, müharibə müddətində (yay aylarında) 2 ukraynalı zabitə öz həyətlərində sığınacaq verərək kömək edən azərbaycanlı ata və oğlunun Rusiya Ordusu tərəfindən işgəncə ilə öldürüldüyü məlum olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az