Putin iddiaları qəbul etdi: Problemimiz budur ki...

15:29 - 08 Dekabr 2022

Putin iddiaları qəbul etdi: Problemimiz budur ki...

Rusiya prezidenti Vladimir Putin rus əsgərlərinin mövqelərini tərk etməsi ilə bağlı sualları cavablandırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putinin cavabları cəbhədəki vəziyyəti ortaya qoyub.

Əsgərlərin cəbhədə çətin bir prosesdən keçdiyini vurğulayan Putin, Ukraynada xidmət edən hər bir əsgərin uyğunlaşma dövrü ilə üzləşdiyini bildirib.

O, cəbhədən qaçan rus əsgərləri ilə bağlı, “Mövqeyi tərk etmək, fərarilik kimi problemlərimiz olduğunu deyə bilərəm. Bəli, belə hallar olub və onları nəzərdən qaçırmaq olmaz. Amma bu fərariliklər kütləvi deyil, ona görə də böyük təsir göstərmir. Cəbhədəki əsgərlərə gəlincə, onlar həqiqətən qəhrəmandırlar və döyüş missiyasını yerinə yetirdikdən sonra da belə rəftara layiqdirlər. Tamamilə aydındır” - deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az