DƏHŞƏTLİ QƏTL: Mübahisə etdiyi anasının boğazından bıçaqladı

20:30 - 08 Dekabr 2022

DƏHŞƏTLİ QƏTL: Mübahisə etdiyi anasının boğazından bıçaqladı

Antalyada kişi mübahisə etdiyi anasını boğazından bıçaqlayaraq öldürüb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, qonşuları tərəfindən tutularaq polisə təhvil verilən şübhəli nəzarətə götürülüb.

Hadisəni eşidən və evə gələn ata uzun müddət ağlayıb.

Hadisə Muratpaşa rayonu, Yeşilbahçe Mahallesi, 1468 küçəsində yerləşən 4 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Əldə edilən məlumata görə, Y.E.T. (37) ilə alış-verişdən qayıdan anası Zübeydə Tıraş (61) naməlum səbəbdən mübahisə edib. Mübahisə böyüdükcə Y.E.T həmin vaxt alma yeyən anasına çörək bıçağı ilə hücum etməyə başlayıb.

İkili arasında baş verən davada Y.E.T. anasının boğazına bıçaqla xəsarət yetirib. Hadisə zamanı mübahisə və qışqırıq səslərini eşidən qonşular mənzilə gələrək qapını döyüblər. Bir müddət sonra qapı açılanda Y.E.T-nin əlində qan izlərini görən qonşular içəri girmək istəyiblər. Panikaya düşmüş şəxs qaçmaq istəyərkən qonşuları tərəfindən yaxalanıb və polisə məlumat verilib.

Hadisə yerinə çoxlu sayda polis və təcili yardım briqdası göndərilib. Ünvana gələn təcili yardım briqadası Zübeyda Tıraşın öldüyünü müəyyən edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az