Pakistan Xarici İşlər Nazirliyi ölkəni “dini azadlıqların məhdudlaşdırılması ilə bağlı xüsusi narahatlıq doğuran ölkələr” siyahısına daxil edən Vaşinqton administrasiyasına reaksiya verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mümtaz Zehra Baluç həftəlik mətbuat konfransında Pakistanın ABŞ Dövlət Departamenti tərəfindən "dini azadlıqların məhdudlaşdırılması ilə bağlı xüsusi narahatlıq doğuran ölkələr" siyahısına daxil edilməsini "sahədəki reallıqlardan uzaq" adlandırıb.
Vaşinqton rəhbərliyinin qərarını birtərəfli və özbaşına qiymətləndirən Baluç Pakistanın bundan dərin narahat olduğunu və məyus olduğunu bildirib.
Azlıqların hüquq və azadlıqlarının konstitusiyada qorunduğunu vurğulayan Beluç bunların müxtəlif qanunlar, siyasətlər və inzibati tədbirlərlə gücləndirildiyinə diqqət çəkib.