İngiltərədə şübhəli şəxs cinayət yerindən qaçarkən tarlada inəklər tərəfindən təqib edilib. İnəklər cinayətkarı polislər olan yerə qədər qovublar.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İngiltərənin Cənub-Qərb bölgəsində yerləşən Devonda baş verən hadisə hər kəsi heyrətləndirib. Şübhəli hadisə yerindən qaçarkən polis qrupları onun üçün axtarışlara başlayıb.
Daha sonra polis helikopteri cinayətkarı Devondakı tarlalarında inəklərlə gəzərkən yaxalayıb. Çöldəki inəklər cinayətkarı digər polislərin olduğu yerə qədər qovub.
Hadisə anı istilik izləmə texnologiyası olan polis helikopterinin kamerası tərəfindən lentə alınıb.