Böyük Britaniya, İtaliya və Yaponiya birgə MÜQAVİLƏ İMZALADI

13:28 - 09 Dekabr 2022

Böyük Britaniya, İtaliya və Yaponiya birgə MÜQAVİLƏ İMZALADI

Böyük Britaniya, İtaliya və Yaponiya yeni qırıcı təyyarənin yaradılması barədə razılığa gəliblər

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Böyük Britaniyanın baş naziri Rişi Sunak, İtaliya və Yaponiya ilə 2035-ci ilə qədər süni intellektdən istifadə edərək "ağıl oxuyacaq" yeni döyüş təyyarəsi istehsal etmək üçün razılaşdıqlarını açıqlayıb.

Baş nazir bildirib ki, birgə müəssisə Böyük Britaniyada minlərlə iş yeri yaradacaq və təhlükəsizlik sahəsində əməkdaşlığı yaxşılaşdıracaq.

Üç ölkə yeni nəsil döyüş təyyarəsinin 2030-cu illərin ortalarına qədər istifadəyə verilməsini hədəfləyir. Beləliklə, yeni tip döyüş təyyarəsi “Tayphoon” tipli döyüş təyyarələrini əvəz edəcək.

Yeni döyüş təyyarəsinin Britaniya Tempest və Yaponiyanın FX döyüş təyyarələrinin xüsusiyyətlərini birləşdirəcəyi də açıqlanıb. Yeni təyyarə həm də ən qabaqcıl silah sistemlərinə sahib olacaq.

Reaktivin hazırlanması üçün artıq işlərə başlanılıb. Qabaqcıl sensorlardan istifadə edərək gizli şəkildə sürət həddini aşması planlaşdırılan döyüş təyyarələri, pilotlar həddindən artıq təzyiq altında olduqda və ya eyni anda birdən çox qərar qəbul etməli olduqları zaman süni intellektdən istifadə edərək pilota təkliflər verəcək, yəni pilot üçün bir növ köməkçi kimi hərəkət edəcəklər.

Təyyarənin pilotun rəhbərliyi olmadan uça bilməsi və lazım gəldikdə hipersəs raketləri buraxması hədəflənir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az