Cənubi Koreyadan Ukraynaya yenidən kömək etmək qərarı verilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Cənubi Koreya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Kiyevə 100 ton əlavə humanitar yardım materialının veriləcəyi bildirilib.
Generatorlar, uşaq peyvəndləri, tibbi cihazlar və təcili yardım ləvazimatlarından ibarət yardımın dekabrın 25-də yola salınması planlaşdırılır.