Bu ölkənin keçmiş prezidenti Meksikadan sığınacaq istədi

17:24 - 09 Dekabr 2022

Bu ölkənin keçmiş prezidenti Meksikadan sığınacaq istədi

Perunun paytaxtı Limadakı həbsxanada saxlanılan Perunun keçmiş prezidenti Pedro Kastillo dünən vəkili vasitəsilə Meksikadan sığınacaq istəyib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Meksikanın xarici işlər naziri Marselo Ebrard dünən mövzu ilə bağlı açıqlama verərək, Katilonun ilk olaraq Meksikanın Lima səfiri Pablo Monroya sığınacaq istəmək üçün zəng etdiyini, lakin daha sonra nəzarətə alındığını bildirib.

Səfir Monroyun daha sonra saxlandığı yerdə Kastilyoya baş çəkdiyini bildirən nazir Ebrard Kastillonun vəkilinin rəsmi sığınacaq hüququna dair məktubu səfirliyə təqdim etdiyini açıqlayıb.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az