Ərdoğan və Putin telefonla danışdı

16:58 - 11 Dekabr 2022

Ərdoğan və Putin telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

 

Manset.az “Qafqazinfo”ya istinadən  xəbər verir ki, telefon danışığı zamanı  iki ölkə arasında olan münasibətlər müzakirə edilib.

Danışıq əsnasında Ərdoğan Rusiya ilə Ukrayna arasında müharibənin tezliklə bitməsini arzulayıb.

Həmçinin, Türkiyə Prezidenti qeyd edib ki, “taxıl sazişi” çərçivəsində müxtəlif ərzaq məhsulları və digər malların ixracı üzrə işə başlaya bilərlər.  

Bundan başqa danışıq zamanı regional məsələlər də müzakirə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az