Əfqanıstan - Pakistan sərhədində TOQQUŞMA: Ölənlər var

17:48 - 11 Dekabr 2022

Əfqanıstan - Pakistan sərhədində TOQQUŞMA: Ölənlər var

Əfqanıstan - Pakistan sərhədində Spin-Boldak-Çaman keçid məntəqəsi yaxınlığında minaatanlarla hücum nəticəsində azı dörd nəfər ölüb, 20 nəfər yaralanıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, radikal “Taliban” hərəkatının tərəfdarları ilə Pakistan sərhədçiləri arasında münaqişə hələ də davam edir.

Hər iki tərəfdən itkilərin dəqiq sayı açıqlanmır. Yaralı pakistanlılar Çaman şəhərinə aparılıb.

Digər mənbələr sərhəddə toqquşmaların bir saat davam etdiyini və artıq dayandığını bildirirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az