“NATO Rusiyanı heç vaxt təhdid etməyib və indi də təhdid etmir” - Britaniya XİN

20:02 - 11 Dekabr 2022

“NATO Rusiyanı heç vaxt təhdid etməyib və indi də təhdid etmir” - Britaniya XİN

NATO-nun missiyası Rusiyanı və ya başqa bir ölkəni təhdid etmək deyil, üzv dövlətləri qorumaqdır.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Britaniyanın xarici işlər naziri Ceyms Kleverli qeyd edib ki, Vladimir Putin guya NATO ölkələrinin Rusiyanı təhdid etdiyinə dair görüntü yaratmağa çalışır.

“NATO açıq şəkildə bildirir ki, biz müdafiə ittifaqıyıq. NATO heç vaxt Rusiyanı təhdid etməyib və indi də etmir”, - o, bəyan edib.

Kleverli vurğulayıb ki, NATO-ya daxil olan ölkələr bunu könüllü edirlər və bunda heç bir məcburiyyət yoxdur.

Xatırladaq ki, bir müddət əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirmişdi ki, Ukraynadakı müharibə Rusiya ilə NATO arasında müharibəyə çevrilə bilər. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzü bütün beynəlxalq nizamı təhlükə altına qoyur. Deməli, bütün dünya Rusiyanın məğlubiyyətində maraqlıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az