Avropa İttifaqının xarici işlər nazirləri İrana qarşı yeni sanksiyalar paketini təsdiq edəcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, "Biz İrana qarşı çox-çox sərt sanksiyalar paketini təsdiq edəcəyik” – deyib.
Borrell dekabrın 9-da axşam saatlarında iranlı həmkarı ilə uzun müddət telefon danışığı apardığını və İranın son bir neçə gündə Rusiyaya silah tədarükü və iki nəfərin edam edilməsini müzakirə etdiyini bildirib:
"İran anlamalıdır ki, Aİ onları qəti şəkildə pisləyir və dinc nümayişləri dəstəkləyən iranlı qadınların yanındadır".