Belçika Federal Prokurorluğu 16 evdə reyd keçirib. AP vitse-prezidenti, AP Sosialistlər və Demokratların Proqressiv Alyansı və Yunanıstanın müxalifət partiyası PASOK-un üzvü Eva Kaili və daha 3 nəfər saxlanılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, saxlanılanlar arasında İtaliyanın keçmiş deputatı və Articulo Uno Partiyasının üzvü Pier-Antonio Panzeri də var.
Panzeri ilə birlikdə polis 600 min avro nağd pul müsadirə edib.
Avropa Parlamentinin vitse-prezidenti Eva Kaili Belçika Federal Prokurorluğu tərəfindən Qətər rəsmilərinin də iştirak etdiyi korrupsiya araşdırması çərçivəsində saxlanıldıqdan sonra vəzifəsindən azad edilib.