Böyük Britaniyada pis hava şəraitinə görə uçuşlar təxirə salınıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ölkəni bürüyən qar, buz və dumandan sonra “Heathrow” və “Gatwick” hava limanlarında 50-dən çox reys təxirə salınıb və ya ləğv edilib.
“Stansted” Hava Limanında da bütün uçuşların dayandırıldığı bildirilib.
Digər tərəfdən, bu gün Hitrouda təyyarələrin hava limanına giriş-çıxışı məhdudlaşdırılacaq.