Fransanın paytaxtı Parisdə “Ukrayna xalqı ilə həmrəylik” və “Ukraynanın gücü və yenidən qurulması” konfransları keçiriləcək.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukrayna və Fransanın birgə təşəbbüsü ilə sabah keçiriləcək iki konfransın həmsədri Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Volodimir Zelenski olacaq.
Ukrayna Xalqı ilə Həmrəylik Konfransında 47 ölkənin və 22 beynəlxalq təşkilatın iştirakı nəzərdə tutulur. Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş də videokonfrans vasitəsilə iştirak edəcək.
Digər iştirakçılar arasında Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen, Ukraynanın baş naziri Denis Şmıqal və Zelenskinin həyat yoldaşı Olena Zelenska da var.