ABŞ-ın gizli layihəsi sızdı - 70 illik arzu gerçəkləşdi

16:31 - 12 Dekabr 2022

ABŞ-ın gizli layihəsi sızdı  - 70 illik arzu gerçəkləşdi

Elm dünyası ABŞ-dan gələn xəbərlərdən danışır. ABŞ-ın gizli saxladığı layihə mətbuata sızıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, alimlərin 1950-ci illərdən bəri davam etdirdikləri karbonsuz enerji arzusu gerçəkləşib.

ABŞ-ın aparıcı qəzetlərindən biri olan Washington Post, elm adamlarının ilk dəfə olaraq xalis enerji qazancını təmin edən bir termonüvə reaksiyası hazırladıqlarını açıqlayıb.

Termonüvə reaksiyası tədqiqatının əsas məqsədi Günəşin yaratdığı enerjini nüvə reaksiyasında təkrarlamaqdır.

Lawrence Livermore Milli Laboratoriyasındakı Milli Alovlanma Müəssisəsində tədqiqatçılar qısa müddətdə öz-özünə davam edən termonüvə reaksiyasını alovlandıra biliblər.

Komanda təcrübədə xərcləndiyindən daha çox enerji istehsal edə bilib. Başqa sözlə, ABŞ artıq nüvə sintezindən enerji mənbəyi kimi istifadə edə biləcək.

Əvvəlki onlarla cəhdə baxmayaraq, heç kim termonüvə reaksiyasından istehlak ediləndən daha çox enerji istehsal edə bilməyib.

ABŞ mətbuatı bu inkişafın bəşəriyyətin neft və kömür kimi qalıq yanacaqlara ehtiyacını əhəmiyyətli dərəcədə azaldacağını yazıb.

Sözügedən inkişaf həm qlobal iqlim böhranının aradan qaldırılmasına dəstək ola, həm də dünyanın ən yoxsul hissələrini ucuz enerji ilə təmin etməyə zəmin yarada bilər.

Enerji naziri Cennifer Qranholmun sabah media tədbirində termonüvə reaksiyası təcrübəsinin nəticələrini açıqlayacağı gözlənilir.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az