Peskovdan Serbiya və Kosova arasındakı gərginliklə bağlı açıqlama

17:16 - 12 Dekabr 2022

Peskovdan Serbiya və Kosova arasındakı gərginliklə bağlı açıqlama

Kremlin sözçüsü Dmitri Peskov aktual məsələlərlə bağlı jurnalistlərə açıqlama verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kosovodakı vəziyyətə də toxunan Peskov, "Biz Kosovo serblərinin bütün hüquqlarının qorunmasının və bu vəziyyətlə bağlı bütün sənədlər çərçivəsində tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin tərəfdarıyıq. Bu, bizim üçün vacibdir. Biz tərəflərin sülh yolu ilə səy göstərməsinin və vəziyyətin diplomatik yollarla həllinin tərəfdarıyıq” – deyib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az