Kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus aşdı: Çox sayda yaralı var -VİDEO

20:13 - 12 Dekabr 2022

Kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobus aşdı: Çox sayda yaralı var -VİDEO

Şanlıurfanın Siverek rayonunda tarladan qayıdan kənd təsərrüfatı işçilərinin olduğu mikroavtobus şarampole aşıb. Qəzada mikroavtobusda olan 23 nəfər yaralanıb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza axşam saatlarında Siverek-Viranşehir yolunun 11-ci kilometrliyində baş verib.

Tarlada işlədikdən sonra evlərinə qayıdan kənd təsərrüfatı işçilərini daşıyan 63 ADR 610 dövlət nömrəli mikroavtobus Yücelen məhəlləsi yaxınlığında idarəetmədən çıxaraq şarampole aşıb.

Qəza nəticəsində mikroavtobusda olan sürücü və 22 kənd təsərrüfatı işçisi xəsarət alıb.

Yaralılar xəbər üzərinə hadisə yerinə sövq edilən təcili yardım briqdaları tərəfindən  Siverek Dövlət Xəstəxanasına aparılıb və müalicə olunub. Hadisə ilə əlaqədar istintaq tədbirləri davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az