Şanlıurfanın Siverek rayonunda tarladan qayıdan kənd təsərrüfatı işçilərinin olduğu mikroavtobus şarampole aşıb. Qəzada mikroavtobusda olan 23 nəfər yaralanıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza axşam saatlarında Siverek-Viranşehir yolunun 11-ci kilometrliyində baş verib.
Tarlada işlədikdən sonra evlərinə qayıdan kənd təsərrüfatı işçilərini daşıyan 63 ADR 610 dövlət nömrəli mikroavtobus Yücelen məhəlləsi yaxınlığında idarəetmədən çıxaraq şarampole aşıb.
Qəza nəticəsində mikroavtobusda olan sürücü və 22 kənd təsərrüfatı işçisi xəsarət alıb.
Yaralılar xəbər üzərinə hadisə yerinə sövq edilən təcili yardım briqdaları tərəfindən Siverek Dövlət Xəstəxanasına aparılıb və müalicə olunub. Hadisə ilə əlaqədar istintaq tədbirləri davam etdirilir.