Metroda maraqlı görüntü: Vətəndaşlar relslərə enib piyada getməli oldular -VİDEO

23:23 - 12 Dekabr 2022

Metroda maraqlı görüntü: Vətəndaşlar relslərə enib  piyada getməli oldular -VİDEO

İstanbulun ən işlək xətlərindən biri olan M3 Kirazlı-Başakşehir/Metrokent və M9 Bahariye-Olimpiyat Metro xətləri axşam saatlarında texniki nasazlıq səbəbindən təxminən 1 saat fəaliyyət göstərə bilməyib. 

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, işdən sonra evə getməyə çalışan vətəndaşlar uzun müddət nasazlığın aradan qaldırılmasını gözləyərkən, bəzi vətəndaşlar həll yolunu metro tunelindən keçməklə tapıblar. Təxminən 1 saatlıq işdən sonra nasazlıq aradan qaldırılıb və metronun fəaliyyəti normallaşıb. Xeyli müddətdir nasazlığın aradan qaldırılmasını gözləyən vətəndaşların bəziləri yaranmış vəziyyətə üsyan edərək belə nasazlıqların daim təkrarlandığını bildiriblər.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az