Bayden Rusiyanın hücumları altında ölkəyə hərbi dəstək verib-verməyəcəklərindən danışıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bayden jurnalistlərin Ukrayna ilə bağlı verdiyi sualı cavablandırıb.
Jurnalistlərdən biri “ABŞ hərbçilərini Ukraynaya göndərirsinizmi?” - deyə soruşub.
Bayden "Ukraynaya qoşun göndəririkmi? Xeyr. Biz əsgərlər deyil, təchizat göndəririk. Əlimizdə olan materiallardan göndəririk. Bu, milyardlarla dollar dəyərindədir” – deyə cavab verib.
Vaşinqton administrasiyası Amerika ordusunun inventarından Ukraynaya 400 milyon dollarlıq əlavə sursat və texnika verməyə qərar verib.