Zelenski Rusiyanı bayram günlərində ordusunu Ukraynadan çıxarmağa çağırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiyanı konkret həll prosesi üçün lazımi addımları atmağa dəvət edən Zelenski, Milad bayramının yaxın günlərdə bütün dünyada qeyd ediləcəyini xatırladıb. Rusiyanı bayram günlərində ordusunu Ukraynadan çıxarmağa çağırıb:
“Bu (Milad bayramı) normal insanların aqressiya deyil, sülh haqqında düşündüyü vaxtdır. Mən təklif edirəm ki, Rusiya ən azı təcavüzdən əl çəkə biləcəyini sübut etməyə çalışsın. Rusiya qoşunlarının beynəlxalq səviyyədə tanınmış Ukrayna ərazisindən çıxarılmasına bu Milad bayramında başlamaq düzgün olardı. Rusiya qoşunlarını Ukraynadan çıxarsa, münaqişələrin etibarlı şəkildə dayandırılması təmin olunacaq”.
Rusiyaya təklif etdiyi həll yolu yerinə yetiriləcəyi təqdirdə sülhə nail olmağın mümkün olduğuna inandığını ifadə edən Zelenski, indi Moskvadan xəbər gözləyəcəklərini qeyd edib.