Aİ sərhəddə karbon vergisi tətbiq etməyə hazırlaşır

15:00 - 13 Dekabr 2022

Aİ sərhəddə karbon vergisi tətbiq etməyə hazırlaşır

Avropa İttifaqı qurumları üçüncü ölkələrdən alınan dəmir, polad, sement, alüminium, gübrə, hidrogen və elektrik kimi məhsullara sərhəddə karbon vergisi tətbiq etməyə razılaşıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa Şurası üzv dövlətlərlə Avropa Parlamentinin müzakirəçiləri arasında Sərhəd Karbon Tənzimləmə Mexanizmi (CBAM) üzrə danışıqlarda şərti konsensusun əldə edildiyini açıqlayıb.

Müvafiq olaraq, Aİ məhsulları üçün ödənilən karbon qiyməti ilə Aİ Emissiya Ticarət Sistemi (ETS) çərçivəsində idxal olunan mallar üçün ödənilən karbon qiymətini bərabərləşdirmək üçün bir mexanizm qurulacaq.

Bu mexanizmlə Aİ-yə idxal edən şirkətlərdən istehsal etdikləri ölkədə ödənilən karbon qiyməti ilə Aİ-dəki karbon qiyməti arasındakı fərqi ödəmək üçün CBAM sertifikatları alması tələb olunacaq.

Yeni proqram Aİ üzvü olmayan ölkələri iqlim hədəflərini yüksəltməyə təşviq edəcək.

Yalnız Aİ ilə eyni iqlim hədəfinə malik ölkələr CBAM sertifikatları almadan Aİ-yə ixrac edə biləcəklər.

Yeni qaydalar istehsalın Aİ-dən daha mülayim iqlim və ətraf mühit siyasəti olan ölkələrə keçməsinin qarşısını alacaq.

Bu mövzuda ilk qanun olacaq CBAM, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarına tam uyğun olaraq hazırlanacaq.

CBAM 2023-cü il oktyabrın 1-dən qüvvəyə minəcək.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az