Kreml bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin bu il ənənəvi olaraq il sonu mətbuat konfransı keçirməyəcək. Ləğv edilməsinin səbəbi açıqlanmayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putin son 10 ildə ilk dəfə olaraq televiziyada jurnalistlərin sualları vasitəsilə ilin qiymətləndirməsini və gələn il üçün planlarını açıqlamayacaq.
Kremlin sözçüsü Dmitri Peskov, "Böyük mətbuat konfransı haqqında onu deyə bilərəm ki, yeni ildən əvvəl olmayacaq” - deyib.
O, Putinin mətbuata danışmaq üçün başqa fürsət tapacağına ümid etdiklərini və Putinin bunu tez-tez, xüsusən də xaricə səfərləri zamanı etdiyini qeyd edib.