400-dən çox ukraynalı saxlanıldı - Rusiya

16:17 - 13 Dekabr 2022

400-dən çox ukraynalı saxlanıldı - Rusiya

Rusiyanın Terrorla Mübarizə Komitəsi 400-dən çox "millətçi" və "müharibə cinayəti" törədən ukraynalının Rusiya sərhədlərini keçməyə cəhd edərkən saxlanıldığını bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Komitənin açıqlamasında, "400-dən çox ukraynalı millətçi və hərbi cinayət törətmiş şəxs dövlət sərhədini keçməyə cəhd edərkən nəzarət-buraxılış məntəqələrində yaxalanıb. Terror aktlarında iştirak edən 1026 nəfərin Rusiya Federasiyasına buraxılmasına icazə verilməyib" - deyilib.

Açıqlamada o da bildirilib ki, iclasda terror təhdidlərinə qarşı əlavə tədbirlərin görülməsinə qərar verilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az