Rusiya prezidenti Vladimir Putinin təklifindən sonra Türkiyə ilə Rusiya arasında danışıqları başlayan Türkiyədə qaz mərkəzi yaradılması təşəbbüsü ilə bağlı Rusiya xarici işlər nazirinin müavini Alensakdr Qruşko açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu layihənin həyata keçirilməsinin faydalarından danışan Qruşko deyib:
“Biz Türkiyədə qaz mərkəzi yaratmağa ümid edirik. Təbii qaz mərkəzi şübhəsiz aydın bir fikirdir. Ümid edirik ki, həyata keçiriləcək. Bir sözlə, bu, hamının, o cümlədən həm qaz hasil edən ölkələrin, həm də istehlakçıların marağında olacaq. Təbii ki, təbii qazla həqiqətən maraqlananlar rasional münasibət sərgiləsələr”.