ŞOK! Səhiyyə işçilərinə hücum edən şəxs infarkt keçirdi - Təcili müdaxilə ilə həyata qaytarıldı

23:23 - 13 Dekabr 2022

ŞOK! Səhiyyə işçilərinə hücum edən şəxs infarkt keçirdi - Təcili müdaxilə ilə həyata qaytarıldı

Qaziantepdə bir xəstəxanada bir qrup xəstənin yaxını tibb işçilərinə daş və çubuqlarla hücum edib. Hadisə zamanı 2 təhlükəsizlik işçisi və 3 sağlamlıq işçisi yaralanarkən,infarkt keçirən xəstə yaxını səhiyyə işçilərinin təcili müdaxiləsi ilə həyata qaytarılıb.

 

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə kameralarda əks olunub.

Xəstəxana otağında başlayan və dəhlizdə davam edən davanı sonlandırmaq istəyən 2 mühafizəçi və 3 həkim yaralanıb.

Yaralılara xəstəxanada tibbi yardım göstərilib.

Gaziantep Böyükşəhər Bələdiyyəsi Sağlamlıq Xidmətləri Dairə Başçısı Prof.Serdar Tolay bildirib ki, hadisə  tibb bacısının iynəni gec gətirməsinin xəstə yaxınlarını əsəbləşdirməsi səbəbiylə baş verib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az