İngiltərədə hökumət ətraf mühitin qorunmasına kömək məqsədilə plastik bıçaq, qaşıq və boşqab kimi birdəfəlik məhsulların qadağan ediləcəyi xəbəri ilə bağlı açıqlama verib. Böyük Britaniyanın Ətraf Mühit Naziri Tereza Koffi birdəfəlik istifadə olunan məhsulların qadağan olunacağını təsdiqləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tereza Koffi deyib ki, bu addım gələcək nəsillər üçün ətraf mühitin qorunmasına kömək edəcək.
Qərarın nə vaxt qüvvəyə minəcəyi açıqlanmayıb.
Manşet.az