Amerika Qırmızı Xaç Cəmiyyəti artıq gey və biseksual kişilərin qan verə biləcəyini açıqlayıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, qanvermə zamanı donor cinsi oriyentasiyaya deyil, fərdi risk faktorlarına görə qiymətləndiriləcək.
Beləki, Amerika Qırmızı Xaç Cəmiyyəti ABŞ Qida və Dərman İdarəsi (FDA) ilə qan donorluğuna uyğunluq qaydalarını yeniləyib. İndiyə qədər qan donorluğu təcrübəsində cinsi oriyentasiyaya əsaslanan FDA gey və biseksual kişilərin qan donorluğunu məhdudlaşdırmışdı.
Qeyd edək ki, geylər tərəfindən qan donorluğuna məhdudiyyətlər cinsi yolla keçən xəstəliklərin yayılmasının qarşısını almaq üçün verilmiş qərar idi. Yeni qərara əsasən qan vermək istəyən hər kəsdən son üç ayda yeni və ya bir neçə cinsi partnyoru olub-olmadığı soruşulacaq.
Aygün
Manşet.az