ABŞ-da 2022-ci ildə ümumilikdə 49 449 Amerika vətəndaşı intihar edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin məlumat verib.
Beləki, statistikaya görə 2022-ci ildə təxminən 50 min insan müxtəlif yollarla intihar edib.
Bunun 2021-ci ildə 48,183-dən 2,6% artaraq, indiyə qədər qeydə alınan ən yüksək rəqəm olduğu açıqlanıb.
Ən böyük artım 2021-ci ildən 8,1% artaraq 65 və daha yuxarı yaşda olan yetkinlərdə müşahidə olunub. 2022-ci ildə isə 6,6% artımla 45-64 yaşlı yetkinlərdə müşahidə olunub.
25-44 yaş arasında olanlar arasında isə yalnız 0,7% artım olub.
Tədqiqatçılar kişilərdə intihar nisbətlərində 2,3%, qadınlarda isə 2,8% artım olduğunu qeyd ediblər.
Hesabata görə, 18-34 yaş arası uşaqlar, yeniyetmələr və gənclər arasında intiharlar 8,4% azalıb.
Aygün
Manşet.az