Livan homoseksuallığa görə həbs cəzasını 3 ilə qədər artırdı   

09:52 - 18 Avqust 2023

Livan homoseksuallığa görə həbs cəzasını 3 ilə qədər artırdı   

Livanda əxlaqi dəyərləri pozan “homoseksual əlaqələr”ə görə cəzanın 1 ildən 3 ilədək artırılması planlaşdırılır.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Livanın mədəniyyət naziri Məhəmməd Murtaza mətbuata açıqlaması zamanı bildirib.     

Məhəmməd Murtaza ölkədə bəzi qeyri-hökumət təşkilatlarının "pozğunluğu” və "cinsiyyət dəyişikliyini" ön plana çıxarmağa çalışdığını ifadə edib. O bildirib ki, Livan hücuma məruz qalır. Allah eləməsin, uğurlu olarsa, cəmiyyət və gələcək nəsil üçün fəlakətli təsirləri olacaq.

Murtaza həmçinin, Konstitusiyanın 9-cu və 10-cu maddələrinə toxunub. Bildirib ki, bura dinə hörmətlə yanaşılması və əxlaqi dəyərlərə zidd olan bütün təlimlərin qadağan edilməsi də daxildir.

Nazir homoseksual əlaqəyə görə cəzanın 3 ilə qədər artırılmasını nəzərdə tutan qanun layihəsini imzaladığını deyib. Qanun layihəsinə görə cinayəti törədənlər 500 milyon Livan lirəsi (6 min dollar) məbləğində cərimələnəcək.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az