Deportasiya edilən sərnişinə görə təyyarə məcburi eniş etdi

13:07 - 07 Sentyabr 2023

Deportasiya edilən sərnişinə görə təyyarə məcburi eniş etdi

Kamerunun Duala şəhərinə uçan Türk Hava Yollarına məxsus təyyarə Türkiyədən deportasiya edilən sərnişinlə əlaqədar pilot təhlükəsizlik məqsədilə Maltaya məcburi eniş edib.

 

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb deportasiya edilən şəxsin sərnişinlər və kabin heyəti ilə mübahisə etməsi olub.

Alınan məlumata görə, deportasiya edilən sərnişin uçuş təhlükəsizliyini təhlükə altına atdığından, təyyarənin kapitan pilotu Malta Beynəlxalq Hava Limanının hava hərəkətinə nəzarət qülləsi ilə əlaqə saxlayıb və təcili eniş üçün icazə istəyib. THY-nin təyyarəsi heç bir problem olmadan yerli vaxtla saat 18:30-da hava limanına enib.

Aygün

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az