Mask İsrail ilə prinsipcə razılaşdı

14:29 - 27 Noyabr 2023

Mask İsrail ilə prinsipcə razılaşdı

İsrail amerikalı milyarder İlon Maskla sahibi olduğu peyk internet sistemi Starlinkin Tel-Əvivin icazəsi olmadan blokadada olan Qəzza zolağına peyk interneti verməməsi mövzusunda prinsipcə razılaşdıqlarını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə İsrailin kommunikasiya naziri Şlomo Karhi X sosial media platformasında açıqlama verib.

Nazir Karhi açıqlamada "Həmas ilə müharibə apararkən bu anlayışın həyati əhəmiyyət kəsb etdiyinə" diqqət çəkib:

“İlon Mask, Rabitə Nazirliyimizlə mühüm ilkin razılaşma əldə etdiyiniz üçün sizi təbrik edirəm. Nəticədə Starlink peyk internet sistemi Rabitə Nazirliyinin icazəsi olmadan İsraildə işlədilə bilməz. Qəzza zolağı da bura daxildir”.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az