“HƏMAS-ın İran hökumətindən aldığı 1.5 milyon dollar pul müsadirə edilib” – İsrail

17:59 - 27 Noyabr 2023

“HƏMAS-ın İran hökumətindən aldığı 1.5 milyon dollar pul müsadirə edilib” – İsrail

İsrail ordusunun Qəzzada keçirdiyi əməliyyat zamanı HƏMAS-dan 1 milyon 500 min dollara yaxın nağd pulun müsadirə edildiyi bildirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə İsrail Xarici İşlər Nazirliyinin fars dilində paylaşımlar edilən “X” hesabında yayımlanan görüntülərdə xəbər verilib.

Məlumata görə, son 40 ildə Tehran tərəfindən Hizbullah, İslami Cihad Təşkilatı, HƏMAS, Həşd əl-Şəəbi, və Husi yaraqlılarının gücləndirilməsinə milyonlarla dollar xərclənib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az