Niderlan seçkilərinin qalibi Vildersin koalisiyada işləmək üçün təyin etdiyi şəxs istefa verib.
Manset.az Niderlan mətbuatına istinadən xəbər verir ki, Van Strien istefa vermək qərarına gəlib.
Qeyd edilib ki, ona qarşı korrupsiya ittihamları ilə bağlı həftəsonu yayılan xəbərlər onun mövqeyinə kölgə salıb.
Van Strienin əvvəllər işlədiyi Utrext Universiteti və UMC Utrext Xəstəxanası 2009-cu ilə qədər şirkətin direktoru olmuş siyasətçiyə qarşı dələduzluq və rüşvət ittihamı irəli sürülüb.
Hollandiyada ən çox səs toplayan partiyanın lideri mümkün koalisiya ssenarilərini araşdırmaq üçün təcrübəli siyasətçi təyin edir.
Van Strien seçkidə üçüncü olan Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının (VVD) lideri Dilan Yeşilgöz-Zegerius ilə görüşəcək.
Həmçinin ekspertlər bildirirlər ki, Niderland hökumətinin qurulması aylar çəkəcək.
Jalə
Manşet.az