Rusiya Prezidenti Vladimir Putin həmkarı Mahmud Abbasa Fələstin Dövlətinin Milli bayramı münasibətilə təbrik məktub ünvanlayıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya lideri məktubda Fələstin mülki əhalisinə saysız-hesabsız əzablara səbəb olduğunu bildirib və 1967-ci il sərhədləri daxilində müstəqil Fələstin dövlətinin qurulmasının vacibliyini vurğulayıb.
Həmçinin, Fələstin-Rusiya ənənəvi dostluq münasibətlərinin və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın birgə səylərlə inkişafına nail ola biləcəklərinə əmin olduğunu bildirən Putin, bu istiqamətdə araşdırmaların hər iki ölkənin maraqlarına uyğun olduğunu və regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcəyini bildirib.
Putin məktubun sonunda “Cənab prezident, sizə cansağlığı və uğurlar, fələstinlilərə isə öz vətənlərində sülh, rifah və firavanlıq arzulayıram” deyib
Jalə
Manşet.az