İngiltərə mətbuatında rezonans doğuran xəbərdə Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) məxfi ofisinin ifşa olunduğu paylaşılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ hökuməti bu məxfi ofis vasitəsilə Yerə düşən UFO qalıqlarını toplayırmış.
İddialara görə, CIA-nın gizli ofisi illərdir dünya üzrə qəzaya uğramış UFO-ları bərpa etmək üçün əməliyyatları idarə edir.
DailyMail.com-a danışan üç etibarlı mənbənin bildirdiyinə görə, ABŞ hökuməti ən azı doqquz "qeyri-insani maşın" ələ keçirib.
Təhlükəsizliyə görə anonim qalmağa üstünlük verən mənbələr CIA-nın UFO-ları gizli şəkildə necə gizlətdiyini və bərpa etdiyini izah edib.
Mərkəzi Kəşfiyyat İdarəsi bu iddialarla bağlı heç bir açıqlama verməsə də, son aylarda ABŞ Konqresində keçirilən dinləmədə şahidlər ABŞ ordusunda “naməlum və insan istehsalı olmayan maşınlar” olduğunu bildiriblər.
Əfsanə
Manşet.az