30 fələstinli azad edildi

09:11 - 30 Noyabr 2023

30 fələstinli azad edildi

İsrail hakimiyyəti 30 fələstinli girovu azad edib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Bildirilib ki, onların olduğu avtobus Beynəlxalq Qırmızı Xaç Komitəsinin tibbi qruplarının müşayiəti ilə Ofer həbsxanasından çıxıb.

Xatırladaq ki, noyabrın 24-dən İsraillə HƏMAS arasında müvəqqəti atəşkəs elan edilib. İsrailli və fələstinli girovların azad edilməsi və humanitar yardımın çatdırılması üçün nəzərdə tutulan atəşkəsin bir neçə gün də uzadılacağı gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az