Qətərdə Almaniya prezidentini təyyarədə yarım saat gözlətdilər – Bu səbəbdən

13:56 - 30 Noyabr 2023

Qətərdə Almaniya prezidentini təyyarədə yarım saat gözlətdilər – Bu səbəbdən

Almaniya prezidenti Frank Valter Ştaynmayerin 4 günlük Yaxın Şərq səfərinin son dayanacağı Qətərdə təyyarədə yarım saat gözlədildiyi iddia edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ştaynmayerin təyyarədən endiyi Doha hava limanında yüksək rütbəli heç bir Qətər rəsmisi tərəfindən qarşılanmaması və təxminən yarım saat təyyarənin çıxış qapısı qarşısında gözləməsinin Qətərin Almaniyanın Qəzza siyasətinə reaksiyası ilə bağlı ola biləcəyi şərh edilib.

Ştaynmayerin həyat yoldaşı Elke Büdenberder və digər nümayəndə heyətinin daha əvvəl təyyarədən endiyi vurğulanıb.

Qətərin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Əl Murayxi tərəfindən qarşılandıqdan sonra Ştaynmayerin Qətər əmiri Şeyx Təmim Bin Hamed Al Tani ilə görüşmək üçün vaxtında gəldiyi bildirilib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az