Ərdoğandan Orbana TOGG-dan sonra ikinci hədiyyə - Macarıstan prezidenti də həmin hədiyyədən istədi

13:44 - 20 Dekabr 2023

Ərdoğandan Orbana TOGG-dan sonra ikinci hədiyyə - Macarıstan prezidenti də həmin hədiyyədən istədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Macarıstana səfəri zamanı baş nazir Orban Viktora yerli avtomobil TOGG-dan başqa ikinci bir hədiyyə də təqdim edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ərdoğan Macarıstanın baş naziri Orbana vəkil dos. dr. Hüseyn Aydının 15 iyul xain çevriliş cəhdindən bəhs edən “Asırlık gece” kitabının macarca tərcüməsini hədiyyə edib.

Kitabın macarca tərcüməsini Ərdoğandan hədiyyə olaraq alan Orban ilk işinin kitabı oxumaq olduğunu bildirib.

Hədiyyəni görən Macarıstan prezidenti Katalin Novak da prezident Ərdoğandan kitabı istəyib.

Budapeşt Universitetində çalışan türk alimlərə tapşırıq verən Ərdoğan kitabın Macarıstan prezidentinə çatdırılmasını istəyib.

Əfsanə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az