Türkiyədə Afyonkarahisarda həyat yoldaşı ilə boşanma prosesində olan Mert Muharrem Taşkın adlı şəxs övladını görmək üçün qayınatasının evinə gedib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mübahisə zamanı özü ilə gətirdiyi ov tüfəngi ilə 3 gündən sonra boşanacağı Hava Nur Şenol Taşkına, anası Cemile Şenola, atası Adem Şenola və nənəsi Emine Tanışa 10 dəfə atəş açıb.
Hadisə ötən gün saat 23:00 radələrində Çayırbağ qəsəbəsinin Uğur rayonunda baş verib.
Silah səslərini eşidən ətrafdakılar 112 Təcili Yardım Mərkəzinə məlumat verib. Xəbər üzərinə jandarma və sağlamlıq qrupları ünvana sövq edilib. Sağlamlıq qrupları tərəfindən aparılan yoxlama zamanı ağır yaralı olduğu təsbit edilən eyni ailədən 4 nəfər həkimlərin bütün müdaxilələrinə baxmayaraq həyatını itirib.
Jandarma qrupları hadisənin baş verdiyi evin qarşısında ətraflı yoxlama aparıb və 10 ədəd boş patron aşkarlayıb. Mert Muharrem Taşkının mərkəzdəki Kışlacık kəndi yaxınlığında gizləndiyi barakda yaxalandığı bildirilib. İfadəsi üçün jandarma bölməsinə aparılan Taşkınla bağlı əməliyyatların davam etdiyi öyrənilib.
Taşkın cütlüyünün 3 yaşlı oğlunun dövlət himayəsinə götürüldüyü qeyd edilib.
Əfsanə
Manşet.az