Rusiyada məhkəmə Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı yalan məlumatların olduğu deyilən şəkilləri silmədiyinə görə Google-u 4 milyard 611 milyon rubl (təxminən 51 milyon dollar) cərimələyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Google-a qarşı açılan işə paytaxt Moskvanın Taqanski Regional Məhkəməsində baxılıb.
Google əvvəllər də oxşar səbəblərə görə cərimələnmişdi.
Qeyd edək ki, şirkətin Rusiyadakı törəmə şirkəti də maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün ötən il iflas proseduruna başlayıb.
Əfsanə
Manşet.az