Türkiyəyə tez-tez gələn, 12,5 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamları sırasında yer alan rusiyalı oliqarx Roman Abramoviç ötən axşam Anadolu Hisarıdakı restoranlardan hesaba 85 min lirə, xidmətdən razı qaldığı üçün isə ofisiantlara 175 min TL-lik bəxşiş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, iki dostu ilə məkana gedən iş adamı toplam 260 min TL (təxmini 15 min AZN) xərcləyib.
Məkanda Adanalı kabab, yağlı qara, kuşleme və qanad yeyən iş adamını aşpaz Ömər Ataysin qonaq edib.
Əfsanə
Manşet.az