İranda 4 məhbus edam edildi

15:59 - 21 Dekabr 2023

İranda 4 məhbus edam edildi

Dünən İranda Ərdəbilin mərkəzi zindanında 4 məhbus dar ağacından asılıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə İranda İnsan Haqları Təşkilatı xəbər verib.

Məlumata görə, kimliyi açıqlanmayan məhbuslar narkotik qaçaqmalçılığında ittiham edilərək edam ediliblər.

Sözügedən təşkilat qeyd edib ki, cari ilin 11 ayı ərzində İran həbsxanalarında 707 məhbusun edam hökmü icra edilib.

Əfsanə

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az