Kahramanmaraşda 58 yaşlı atası A.B-ı başına balta ilə vuraraq öldürən 14 yaşlı oğlu H.B. həbs olunub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dindirilməsi zamanı törətdiyi cinayəti etiraf edən H.B “Atam məni təhqir etdi, söydü. Məni isti dəmirlə döyəcəkdi. İki dəfə balta ilə başına vuraraq öldürdüm” deyib.
H.B-ın hadisədə istifadə etdiyi balta evdən 400 metr aralıda zibil qabının içindən tapılıb.
Əfsanə
Manşet.az