Ukrayna və NATO ortaq silah istehsalına başladı

16:55 - 21 Dekabr 2023

Ukrayna və NATO ortaq silah istehsalına başladı

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov Ukrayna ilə NATO ölkələrinin ortaq silah istehsalına başladığını açıqlayıb.

“NATO ölkələri ilə birgə silah istehsalı artıq başlayıb. Digər bir məsələ odur ki, istehsalı mümkün qədər artırmalıyıq, lakin bunlar müvafiq qurumlar və aidiyyəti şəxslər tərəfindən işlənən texniki proseslərdir”, - deyə Aleksey Danilov qeyd edib.

Manset.az xəbər verir ki, o, əlavə edib ki, Ukraynanın hazırladığı hərbi avadanlıqlar alyans ölkələrinin standartlarına uyğundur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az