HƏMAS son 72 saat ərzində Qəzza zolağında İsrailin 41 hərbi texnikasını sıradan çıxardığını idda edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə qrupun nümayəndəsi Əbu Ubeydə "Telegram" kanalı vasitəsilə məlumat verib.
Ubaydanın sözlərinə görə, İzzəddin əl-Qəssam Briqadaları İsrailin hərbi konsentrasiyaları ilə yanaşı, onların səhra qərargahlarına da hücum edib. Təl-Əvivin də raket atəşinə məruz qaldığı iddia edilir.
Əfsanə
Manşet.az