İsrail ordusu Qəzzada daha 2 hərbçisini itirdi

10:12 - 22 Dekabr 2023

İsrail ordusu Qəzzada daha 2 hərbçisini itirdi

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağında daha iki hərbçisini itirib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri yazıb.

Nəşrin yazdığına görə, 21 yaşlı leytenant Şai Ayeli Qəzza zolağının şimalında gedən döyüşdə, 31 yaşlı baş serjant Tell Şua isə Qəzzanın cənubunda gedən döyüşdə həlak olub.

İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, Qəzza zolağında quru əməliyyatı başlayandan indiyədək həlak olan İsrail əsgərlərinin sayı 139-a çatıb.

İsrail-Fələstin münaqişəsinin yeni gərginləşməsinin başlanmasından indiyədək İsrail ordusunda ölənlərinin ümumi sayı 471 nəfər olub. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az